Gürcüstanın 4 telekanalı Baş nazirin istefasını tələb edir
Gürcüstanda 4 telekanal 24 saatlıq yayımı dayandırıb.
“zirvetv.az

” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, telekanallar ölkənin Baş naziri İrakli Qaribaşvilinin istefasını və zorakılıq törədən hər bir kəsin cəzalandırılmasını tələb edir.
Məlumata görə, yayımı dayandıran 4 telekanal “TV Pirveli”, “Mtavari arxi”, “Formula” və “Kavkasiya”dır. Bu kanalların ekranlarında qara fonda iyulun 5-də Tbilisidə zorakılığa məruz qalmış jurnalistlərin siyahısı təqdim olunur.
Qeyd edək ki, bu jurnalistlərdən biri olan “TV Pirveli” teleşirkətinin operatoru Lekso Laşkarava zorakılığa məruz qaldıqdan 6 gün sonra evində dünyasını dəyişib. O, dünən dəfn olunub.
Xatırladaq ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləyaqət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.
Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb