Putin ölkəni qorumaq üçün hər şeyi etməyə hazırdır”
Rusiya Prezidenti Vladimir Putin lazım olacağı halda, ölkəni qorumaq üçün hər şeyi etməyə hazırdır”.
“zirvetv.az ” xəbər verir ki, bunu “Rossiya 24” televiziyasında bir verilişə qonaq olarkən Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın sərhədlərini pozacağı halda Putinin NATO gəmilərinə atəş açılması təlimatı verib-verməyəcəyi ilə bağlı suala cavabında deyib.
“Ruslar olaraq hamımızın hər zaman bilməli olduğumuz bir şey var, liderimiz ölkəmizi qorumaq üçün hər zaman hər şeyi etməyə hazırdır”, - o qeyd edib.