Tacikistanlı mer sərhəddə atışma zamanı yaralanıb

Dünya
29 Nis 2021
19:40
Tacikistanın İsfar şəhər meri Bahovaddin Bahodurzoda Qırğızıstanla sərhəddə atışma zamanı yaralanıb. “zirvetv.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyasından bildiriblər. Qeyd olunur ki, Bahodurzoda çiynindən güllə yarası alıb. Hazırda onun vəziyyəti stabildir.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir.

Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib.

Qırğızıstan Sərhəd Xidməti Tacikistanla sərhəddə qarşıdurmanın davam etdiyini bildirib.