Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Dünya
17 Nis 2021
00:13
Qazaxıstanda təlim-məşq uçuşu zamanı SU30-SM qırıcısı qəzaya uğrayıb.

“zirvetv.az" xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Balxaşda aviasiya mərkəzində baş verib.

Bildirilir ki, qəza zamanı heyət katapult edib. Hazırda onlar həkim nəzarətindədirlər. Qəza yerinə xüsusi komissiya göndərilib.