Mir Cəlal gənc tədqiqatçıların gözü ilə

Cəmiyyət
24 Nis 2023
23:30


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH Qrupları (ADPU)-un tələbəsi Kərimova Rəşidə Ramiz qızı zirvetv.az saytına verdiyi müsahibəsinde bildirmişdir ki,
yazıçı - yazmaqla yaşayan insandır.Yazmaq həyatımıza məna verir.Bir yazıçı üçün ən böyük hədiyyə əməyinin təqdir edilməsidir.Azərbaycan ədəbiyyatı çox zəngindir və ədəbiyyatımızın inkişafı tarixinə nəzər saldıqda biz bir çox yazıçılarımızın,şairlərimizin dəyərli ədəbiyyat nümnələri ilə qarşılaşırıq.Belə əbədiyaşar sənətkarlardan biri də Mir Cəlal Paşayevdir.Bu il böyük pedaqoq,alim və istedadlı yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyidir.
Ədəbi-bədii,ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan Mir Cəlalın yaradıcılıq dünyası ilə tanış olsaq,o qənaətə gəlmək olar ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün məhsulunu, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını,xalq həyatının reallıqlarını nəsr dilində aydın şəkildə vermək mümkündür. Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyuruqsa,Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçiririk.
XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” romanına görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb.Necə ki,P.Pikassonun ilk rəsm əsərləri,İ.Stravinskinin “Petruşka” baleti XX əsr Avropa mədəniyyətinin qapılarını açdı, eləcə də Mir Cəlalın “Bir gəncin manifesti” romanı keçmiş post-sovet məkanında bütöv və yeni mərhələ oldu.
1939-cu ildə qələmə alınan “Bir gəncin manifesti” romanı 1918-1920-ci illərdə Azərbaycan zəhmətkeşlərinin qəhrəman mübarizəsinə həsr olunmuşdur.Ədibin həyat və yaradıcılığına nızır salsaq əminliklə deyə bilərik ki,Mir Cəlal kimi bir sənətkarı yetişdirən real mühitin özüydü. Bu baxımdan "Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır.Elə əsərin əsas qəhrəmanları da bir ailənin üzvü olan Mərdan, Sona və Bahardır.Onlar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii obrazlarıdır. Bu romanda azadlıq və istiqlal uğrunda həyatını qurban verməyə hazır olan insanların böyük vətənpərvərliyi, qəhrəmanlığı coşqun romantik pafosla bədii təcəssümünü tapmışdır. Həmin illərin günahsız qurbanlarından olan balaca Baharın faciəli ölümü isə yazıçı tərəfindən xüsusilə təsirli göstərilmişdir.İnsanı düşündürən ictimai qüsurları yüksək ideal zəminlə təsvir edən Mir Cəlal cəmiyyətdəki milli-mənəvi düşkünlüyü bağışlaya bilmirdi.Buna görə də o,zaman-zaman dünyagörüşcə bəsit ədəbiyyatşünasların tənqidinə məruz qalırdı.Lakin onun zəngin və çoxşaxəli yaradıcılığı bu fikri söyləməyə imkan verir ki,Mir Cəlal özü- bütöv bir ədəbi məktəb idi və onun irsi də şablon ola bilməzdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mir Cəlal Paşayev haqqında demişdir: “XX əsir milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.”
Mir Cəlalın əsərləri mənəvi paklığa,milli heysiyyətə,istiqlala,azadlıq mübarizəsinə çağırışdır. O,hekayələrinin birində orazın dili ilə cəmiyyətə səslənir:“hər kəs buraya,yəni ali məktəbə bir yox,iki sağlamlıq kağızı gətirsin:birini həkimdən,birini də öz ürəyindən....vicdanından alsın”-deyirdi.
İllər ötüb keçsə də,ədibin zirvədəki yeri daim qalacaq..Çünki, ədəbiyyatımızın, təhsilimızın inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev təkcə öz yaradıcılığı ilə deyil,həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Atayeva Günay
Zirvetv.az