Qubada narkomaniya ilə mübarizəyə həsr olunan təlim keçirilib

Cəmiyyət
14 Nis 2023
15:00



Quba rayonunda “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda interaktiv təlim keçirilib.

"ZirvəTv" xəbər verir ki, Quba rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda interaktiv təlim keçirilib.

Təlimdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul şəxsləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əmakdaşları, həkim-narkoloq, Yeni Azərbaycan Partiyasının şimal zonası üzrə rayon təşkilatlarının nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, həmçinin fəal gənclər iştirak edib.

Gül AsimanNur