Bu məktəb də distant təhsilə keçdi
Bakıda 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.