İcra Hakimiyyətinin maşını su kanalına aşdı, xəsarət alan var

---
29 May 2021
08:17
Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

"Zirvetv.az " "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.