Türkiyə gömrüyündə 37 milyon dollarlıq narkotik ələ keçirildi
Türkiyədə indiyədək ən yüksək miqdarda “Captagon” növü narkotik maddə ələ keçirilib.
“zirvetv.az in " xəbərinə görə, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş sosial media hesabında məlumat yayıb.
Nazir bildirib ki, gömrükdə ələ keçirilən narkotikin bazar dəyəri 313 milyon lirədir (37 milyon dollar):
“Əməliyyatda 72,6 kiloqram çəkiyə malik 6 milyon 264 min 259 ədəd “Captagon” növü narkotik ələ keçirilib. Bu, gömrük-mühafizə briqadalarının bugünədək həyata keçirilən ən böyük əməliyyatıdır”.
Ticarət nazirinin sözlərinə görə, narkotik 17 konteynerə yüklənmiş bina daşının içində gizlədilib. Narkotikin İsgəndərun limanından Birləşmiş Ərəb Əmirliklərinə traanzit edilməsi nəzərdə tutulub.