"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya

Şou-biznes
25 Ock 2021
11:21
"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya


"2020-ci ildə itirdiklərimiz, tapdıqlarımız oldu. Biz buna öyrəşən insanlarıq. Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki... Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq önəmlidir. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən köməkçim imiş. Evdə əvvələr qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş".

zirvetv.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "MTV özəl"in qonağı olarkən deyib. Müğənni karantin günlərindən danışıb.

Oğlu Hüseynlə bağlı suallara ifaçı "Hüseyn böyüdükcə deyirəm ki, kaş qız dünyaya gətirərdim (gülür). İndi 13 yaşı olur. Öpmək, qucaqlamaq istəyirəm, icazə vermir. Kişi olub mənim üçün" sözlərini söyləyib.

"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya

Röya bildirib ki, heç vaxt sənətdən getməyəcək:

"Elə bir sevginin içindəyəm ki, haqqım yoxdur buradan getməyə. Arada fikirləşirdim ki, qocalanda oxumayacam, səhnədən gedəcəm. İndi isə deyirəm ki, yox. 70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, acığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan. Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlük indi həyasızlıqla eyniləşdirilib. Guya sözünün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil".

"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya

İnstaqramdan danışan Röya izlədikləri dostlarını tez-tez silməsinə aydınlıq gətirib:

"2020-ci ildə İnstaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı, iyrəndim. Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Auramı pozdular: bu saçdan məndə də var, sən niyə etmisən? Üzüyümdən Aygün Kazımova da var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki... Bir rejissor, bəstəkar hamı ilə çalışa bilər. Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək.

İnstaqramı da sıfırlamaq mənimlə bağlıdır. Tünzalə Ağayeva deyir, şəxsi həyatında yenə nə olub ki, biz bada getmişik, hamını çıxarmısan? Elə bilirəm ki, siləndə, hər şey yaxşı olacaq.

Xoşlayıram ki, dostlarım uğurlu insanlar olsun. Neqativ, pessimist insanları sevmirəm. Şou-biznesdə elə dostlarım var, çox istəyirəm. Amma iki aydan bir onlarla otururam. Birdə ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm: ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm".

"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya

Şəxsi həyatla bağlı suallara isə müğənni belə cavab verib:

"Heç vaxt çəkilişə eynəkdə getmərəm. Gözlər nə gözəl aksessuardır. Həmçinin, hissləri təkrar yaşamıram. Hətta ayrıldımsa, bir daha o adamla barışmıram. Bir həftə, 10 gün ərzində unuduram. Nə qədər sürətli sevirəmsə, elə də ayrılıram. Hətta sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam. Çox xoşbəxt insanam, insanları tez unuduram. Kimsə düşünürsə ki, onunla maraqlanıram, yanılır. Bütün dünya oğluma qurban, onun canına and içirəm ki, insanları unuduram. Kənardan dəli kimi görünə bilərəm. Hər şeyi ürəyə salmaq olmaz.

Toyuma öz dayımı çağırmamışdıq. Şəkillərə baxıram, anama deyirəm ki, altı bacının bir qardaşı var, niyə çağırmamışdız? Cavab verdi ki, birdən istəməzsən. Başım qarışıq idi, heç olmaya qohumlarıma ailəm diqqət edərdi. Hətta ən yaxın dostum Zamiq Hüseynovu da toyuma çağırmamışdım. Yadımdan çıxmışdı".