“İnsanların beynində kütləşmə gedir“ - Xalq artisti

Şou-biznes
22 Ock 2021
16:38
“İnsanların beynində kütləşmə gedir“ - Xalq artisti


Xəbər verdiyimiz kimi, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

Bununla paralel olaraq, muzeylərin də fəaliyyəti bərpa olunsa da, bu qərar teatrlara aid edilmədi.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva bir ildir teartsız qalan sənət adamlarının vəziyyətinin yaxşı olmadığını deyib:

“Biz sənət adamları istəyirik ki, teatrlar açılsın. Hamımız darıxmışıq. Bilirsiniz, aktyor işləməyəndə həm mənən, həm də xaricdən formadan düşür. Pandemiya dövründə evdə oturmaqdan 9 kilo kökəlmişəm. Əvvəl 72 kilo idim, artıq 80 kiloyam. İnsan nə qədər evdə oturar? Aktyor hər zaman öz üzərində işləməlidir. Şəxsən mənə psixoloji olaraq çox pis təsir edir. Biz bu sənətdən mənəvi qida alırıq, səhnə üçün həsdiz çox darıxmışam”.

Aktrisa teatrların açılmasının vacib olduğunu vurğulayıb:


“Mən düşünürəm ki, teatrların da açılması mütləqdir. Teatr insanlara mənəvi, psixoloji dəstək olur. İnsanlar həyatda tapa bilmədikləri sualların cavabını teatrda tapırlar. Hansı cəmiyyətdə mədəniyyət inkişaf etmirsə, o cəmiyyətdə insanların beynində kütləşmə gedir. Gürcüstanda “padvalda” da teatr var. Bu nəzərə alınmalıdır, tetrlar açılmalıdır, insanlar dincəlməlidirlər, düşünməlidirlər. Gənlərimiz bütün günü gedib kafedə, restoranda, çayxanada oturacaqlar. Danışanda deyirik ki, gənclər kitab oxumurlar, amma teatrda klassik əsərlər, tarixi əsərlər tamaşaya qoyulur, gənclər gəlib canlı-canlı əsərləri görmək şansı əldə edirlər. Bu gün muzeylərin açılması ilə bağlı qərar verilirsə, deməli, teatrlar da açıla bilər. Demirəm zal dolsun, məsafəni qorumaqla açmaq olar. Mən sosial şəbəkələrə baxıram görürəm ki, panik-atak, nevroz xəstəliyi insanlarda artıb. Çayxanalarda bütün gün oturan gənc nə əldə edəcək? İki-üç dost yığılırlar, başlayırlar “İnstagram”ı qurdalamağa. Orada da ancaq kim kimlə boşandı, qaçdı, evləndi xəbərləri verilir. Bəsdirin, bizim gənclərimiz artıq başqa yerə yönəlməlidirlər. Biz bu boyda müharibəni qazandıq. Bundan sonra gənclərimiz maariflənməli, savadlanmalıdırlar. Bu mənada düşünürəm ki, teatrların da açılması çox vacibdir”.