Natiq Dağlaroğlu toyda bıçaqlandı

Şou-biznes
2 Tem 2022
05:56
Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

“zirvetv.az”ın məlumatına görə, hadisə bir neçə saat öncə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.