Pike və Şakiranın ortaq sərvəti açıqlandı

Şou-biznes
11 Haz 2022
07:28
“Barselona”nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakiranın ortaq sərvəti açıqlanıb.

“zirvetv.az ” xəbər verir ki, bu iddia ilə “İnformalia” çıxış edib.

Nəşrinin məlumatına görə, ayrıldıqlarını artıq rəsmi şəkildə təsdiqləyən cütlüyün 700 milyon avro ortaq sərvəti var.

Qeyd olunur ki, bu məbləğ tərəflər arasında bölüşdürüləcək. Bununla bağlı həm Şakiranın, həm də Pikenin vəkillərinin çalışdığı bildirilir.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub. Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün Milan (9 yaş) və Saşa (6 yaş) adlı iki övladı var.