Avroviziya”da Azərbaycanın səsləri buna görə ləğv edilib

Şou-biznes
20 May 2022
08:41
Avropa Yayım Birliyi (EBU) 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib.

“zirvetv.az_ın "məlumatına görə, bildirilib ki, buna səbəb 6 ölkənin münsiflərinin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsidir.AYB ölkələrə öz münsif heyətləri ilə məsələni tədqiq etməyə imkan yaratdığını əlavə edib.

Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini etibarsız sayıb.