Zaurun yeni mahnısı trendə çevrildi

Şou-biznes
10 Nis 2022
17:13
Aparıcı Zaur Baxşəliyev yeni mahnı ifa edib.

“zirvetv.az” xəbər verir ki, “Dur gəl gedək” adlı mahnı “Zaurla Günaydın” verilişində səsləndirildikdən sonra Yutubda trendə çevrilib. Z.Baxşəliyev mahnını 3 il əvvəl iranlı bəstəkardan aldığını deyib:

“İranlı müğənni-bəstəkar Afşin pandemiyadan qabaq bu mahnını mənə vermişdi. Musiqisini və sözlərini o yazıb. Mahnı 3 ildir məndədir, amma oxumamışdım. Təxminən 5-6 gündür səsyazma studiyasında yazdırdıq. Dünən gecə yutub kanalına yüklədikdən sonra artıq trendə çevrilib”.