Buna görə də ayrılıqlar çoxalıb"
Çox insanlar var ki, ağır zamanında mənim yanıma gəlirlər. Yoldaşım hər zaman deyir ki, kimə pisdi gəlir. Ehtiyatlı ol, insanlar çətin anlarında yanına gəlib, sonra gedirlər".
zirvetv.aza axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Səhər mərkəzi" proqramında deyib. Müğənni çox tanıdıqlarının onu pis günündə yada salmasından gileylənib.
Dadaşova şou-biznesdə son vaxtlar yaşananlardan söz açıb. O, hər verilişə getmədiyini deyib:
"Musiqi sahəsində çox saxtakar bir dövrə gəlib çıxdıq. Musiqini nəzərdə tuturam. Hamı efirdədir, üzdədir. Ortabab musiqiçilər, özfəaliyyət baş alıb gedir. Piarla, danışıqla, özünü gözə soxmaqla özfəaliyyət yüksək dərəcələrə gəlib çıxıb. Hər şey qeyri-ciddidir. Mən də deyirəm, kaş onlara qulaq asmayaydım.
Çox verilişlərə getmirəm, özümü orada görmürəm. İndi fikir verirəm ki, deyirəm orada, burada görmürəm. Bir də ayılıram ki, oturub Vladimir Jirinovskiyə baxıram".
Sevgidən söz açan müğənni indi münasibətlərin adiləşdiyini, ayrılıqların çoxaldığını söyləyib:
"Sevgi çox ucuzlaşıb, kifayət qədər qiymət verilmir. Ona görə də ayrılıqların sayı artıb. İnsanlar bir-birinə həsrət qalmır. Telefon əllərində, hamının bir-birindən xəbəri var. İndi saniyə belə keçmir məktubun çatır. Bəlkə yaşamaq asanlaşıb, amma bir tərəfdən də çətinləşir. "Səni sevirəm" sözü gözəldir. Son günlər dəb düşüb, hamı bir-birinə deyir. Mən də deyirəm: dosta, qonşuya, uşağa, qohuma".