Evini düzəldəcəkdim, çox yuxarıdan getdi”

Şou-biznes
22 Şub 2022
11:56
Bir müddət əvvəl pərəstişkarlarından birinin ev şəraitini yaxşılaşdırmaq qərarına gələn müğənni Şəbnəm Tovuzlu fikrindən daşınıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə o, “MTV Xəbər”ə müsahibəsində danışıb. İfaçı addımını bununla izah edib: “O ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, kuxna, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm”.

Tovuzlu, həmçinin yutub kanalından əldə etdiyi gəlirini açıqlayıb: “Oradan gələn gəlirə heç bir şübhəm yoxdur, çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5000 dollar olur”.