Azərbaycanlı məşhur İsveçdə zorlama ittihamı ilə həbs olunub -

Şou-biznes
12 Şub 2022
08:02
İsveçdə yaşayan, əslən Azərbaycandan olan məşhur tatu ustası Natiq Səttarov zorlama ittihamı ilə həbs olunub.

“zirvetv.az ” İsveç mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib.


Belə ki, Jozef adı ilə də tanınan Səttarov, əvvəllər tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcüvüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.

Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib.

Xatırladaq ki, illər öncə Natiq Səttarovun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı iddialar yayılmışdı. Lakin meyxanaçının qardaşı bu iddianı təkzib etmişdi. Məlumata görə, Natiq Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Televiziya ulduzu kimi də tanınan Natiqin instaqramda 250 mindən çox izləyicisi var.