Efirə çıxması üçün qonorar istədi - Qalmaqal alovlandı

Şou-biznes
8 Şub 2022
13:37
Repçi Elşad Xose telekanalda efirə çıxması üçün pul istəyib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə aparıcı Kazım Sübhan sosial şəbəkədə yayımladığı videoda deyib. O bildirib ki, repçini proqramına çağırsa da, sənətçi ondan qonorar istəyib:

“Elşad Xoseni verilişimə dəvət etdim. Dedi ki, sənə çox böyük hörmətim var, amma verilişlərə artıq qonorarla çıxacağam. Bu sayca üçüncü ifaçıdır ki, kanallara belə bir təklif irəli sürür. Xatirə İslam, Natavan Həbibi və Elşad Xose... Hər kəsin fikrinə və qərarına böyük hörmətim var. Xarici kanallardan eşidib, icra etmək istəyirlər, amma bu belə yox, rəsmi şəkildə olur. Bu günə qədər elələri oldu ki, əldə etdiyi uğurları televiziya sayəsində qazandı. İndi elə bir məqama çatmısınız ki, kanallardan qonorar istəyirsiniz. Axı hər şey zamanında qarşılıqlı olub. İndi belə bir iddia irəli sürmək düzgün deyil. Sıfırdan sənətə gələndə deməli idiniz ki, ancaq qonorarla efirə çıxacağamOnun bu fikirlərinə aparıcı Ruslan Ağayev dəstək olub: “O zaman pul tələb edən müğənninin ifasını radioda səsləndirmə! Oldu, bitdi. Həm reklam et, həm də pul? Biraz düzgün olmur. Hər üçü dostlarımızdır, amma deməli, eyni davrandıqları kimi gərək biz də onlara davranaq. Media pulsuz işıqlandırmasın, radio səsləndirməsin və s. TV də kliplərini yayımlamasın. O mən istəyəndə gəlməyəcəksə, mən niyə onun uğurunu, mahnısını işıqlandırmalıyam? Belə çıxır...”



Bu yaxınlarda efirə çıxması üçün 10 min manat qonorar istədiyi deyilən müğənni Natavan Həbibi Ruslan Ağayevə belə cavab verib: “Sənin kanalının özünə millət qadağa qoyub, baxmır, biraz asta olun. Yekə çıxır. Qalmısınız keçmişdə. Yaxşı ki, efir işçisisiniz. Əlimizdə olan şansınız olsa, camaatın üstündən tankla keçərsiniz. Bəsdirin, sən canı. Yenə başladılar”.N.Həbibi, həmçinin Kazım Sübhana cavab verib: “Əzizim Kazim, elə hər şey qarşılıqlıdır deyə... Solo karyeraya başlayanda qazandığımı (qeyri-rəsmi şəkildə) aparıb verirdim telekanallarda oturan incəsənəti pulnan işıqlandıran kanal rəhbərlərinə, yaxşı? Ödənişsiz efirin bir saniyəsini də verməzlər. Adları da çəkək. Dövlətimiz isə bu rüsumu hər zaman elə rəsmi şəkildə ayırıb bu ölkənin incəsənət nümayandələrinə ki, dünya təcrübəsində bu əsrlərdir adi hal və formatdır. Dərinə gediriksə gedək, sizin kanal illərdir mənə elə hey qadağalar qoyub.

Mənə qadağa qoyun, “çuşka-çuşka” mahnılara qulaq asın. Rəzilliyi dünyaya tanıdın. Gələcək nəsil sizə “sağ ol” deyər. Boş-boş manıs səviyyəsində söhbətləri yaymayın. İnsanlar öz hüquqlarını bilməlidir. Qanun elə hamı üçün qanundur. Bəli, elə sizin rəhbərlərinizə də demişəm bunları”.Efirə çıxması üçün qonorar istədi - Qalmaqal alovlandı
Efirə çıxması üçün qonorar istədi - Qalmaqal alovlandı