Türkiyəyə örnək bir ayrılıq görəcəksiniz

Şou-biznes
5 Şub 2022
11:43
Türkiyəli müğənni Sinan Akçıl həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan boşanmasından danışıb.

“zirvetv.az ” xəbər verir ki, “2-ci sayfa” proqramında qonaq olan ifaçı bunları deyib: “Cəhd etdik, amma istədiyimizə çata bilmədik. Türkiyəyə örnək bir ayrılıq görəcəksiniz, çünki bir-birimizi çox sevmişik və düşünürəm ki, sonu da belə olmalıdır”.

O, qərarından dönməyəcəyini açıqlayıb: “Qarşılıqlı qərardır. Biri nəsə etməlidir, ona görə boşanma üçün mən müraciət etdim”.

Kıratlı ilə iki dəfə nikah masasına oturan Akçıl sözlərinə belə davam edib: “Bu üç il çox dəyərli idi. Mən sevdiyim qadınla iki dəfə evləndim və əsla peşman deyiləm. Yaxşı ki, bu iki evliliyim olub”.