Brilliant Dadaşovanı gözümdə çox böyütmüşdüm”

Şou-biznes
12 Kas 2021
16:35
Əməkdar artist Lalə Məmmədova Xalq artisti Brilliant Dadaşova ilə illərdir aralarında davam edən küsülülükdən danışıb.

"Zirvetv.az " xəbər verir ki, "Səhər mərkəzi" proqramında qonaq olan sənətçi Dadaşova ilə heç bir mübahisə yaşamadığını deyib:

"Mənim üçün Brilliant Dadaşova zirvə olub, bunu qəbullanmışam. Onu gözümdə o qədər böyütmüşdüm ki... Bütün çəkilişlərdə qabağına qaçıb "salam" verirdim. Amma ondan belə münasibət gözləmirdim. Gözümdə dağıldı hər şey".

L. Məmmədova "Doğrudan da Brilliant Dadaşovaya bənzəyirsiz" sualına isə "Allah yaradıb və müəyyən oxşarlıqlar var" cavabını verib.