Hansı Xalq artistlərinin məni gözü götürmədiyini bilirəm”

Şou-biznes
27 Ağu 2021
16:36
Son dövrdə populyarlaşan müğənni Hiss ( Röya Məmmədova) MTV Azərbaycan kanalını və ona maneə olduğunu düşündüyü Xalq artistlərini tənqid edib.

“zirvetv.az ” xəbər verir ki, gənc pop ifaçısı instaqram səhifəsində paylaşım edərək son iki ay ərzində ona qarşı kampaniya aparıldığını iddia edib: “Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir. Bütün şəhər mahnımı dinləyir, amma nədənsə MTV bunu görmür. Artıq iki aydan çoxdur ki, heç bir klipimi yayımlamırsız.

Amma ondan əvvəl TOP-lardan düşmürdüm. Nə baş verdiyini çox gözəl bilirəm. Hansı Xalq artistlərinin gözünün götürmədiyini də...

Sizin kanalda mahnımın olub-olmamağının mənim üçün fərqi yoxdur. Mahnımı dinləmək istəyən axtarışa verir və qulaq asır. Bəzi artistlər kimi güclə camaatın beyninə soxmuram. Yeni nəsili qəbul etməyi bacarın! 1, 2 ildən sonra bütün beynəlxalq musiqi kanallarında mahnılarım səslənəndə bu paylaşımımı yenidən yayımlayacam. Az qalıb, kim olduğumu sizə göstərəcəm”.