Spotify” Azərbaycanda yayın ən populyar mahnısını açıqladı
Spotify” musiqi strimi xidməti cari ilin yayında Azərbaycanda ən çox dinlənilən mahnıları açıqlayıb.
“zirvetv.az”
xəbər verir ki, TOP-10 aşağıdakı kimidir:
1. Måneskin – «Beggin'»
2. Måneskin – «I wanna be your slave»
3. BTS – «Butter»
4. Lil Nas X – «Montero» (Call me by your name)
5. Madrigal – «Seni dert etmeler»
6. Måneskin - «Zitti e buoni»
7. Bedo – «Ölebilirim»
8. Olivia Rodrigo – «Good 4 u»
9. Ezhel – «Bul Beni»
10. Dua Lipa – «Levitating» (feat. DaBaby).
Siyahıdan gördünüyü kimi, Azərbaycanda yayın ən məşhur mahnısı “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində İtaliyaya qalibiyyət gətirən “Måneskin” qrupunun “Beggin'”i olub. Mahnı 1960-cı illərin əvvəllərində beynəlxalq populyarlıq qazanmış ABŞ-ın “The Four Seasons” vokal qrupunun eyniadlı trekinin kaver versiyasıdır. “Beggin'”in orijinal versiyası 1967-ci ildə işıq üzü görüb.
TOP-10-da bu qrupun daha iki treki yer alıb – “Avroviziya-2021”də “Maneskin”in ifa etdiyi “Zitti e buoni”, həmçinin “I wanna be your slave”.
Qeyd edək ki, reytinq “Spotify”da cari ilin 29 may – 22 avqust tarixləri arasında dinlənilən mahnılar əsasında hazırlanıb.