Nəzrin İstanbulda qalmaqal yaratdı

Şou-biznes
11 Ağu 2021
15:26
“zirvetv.az ” “Hürriyət”ə istinadən xəbər verir ki, N.Cavadzadə Nişantaşında müxbirlər tərəfindən bir vəkil ofisinin qarşısında maskasız görüntülənməsinə etiraz edib.

Bildirilir ki, fotoqraflardan qaçan və binanın önündə gözləyən turistlərin arasında qalan aktrisa, əvvəlcə təşvişə düşüb. O, yenicə çıxdığı binaya geri dönmək istədikdə isə qapının bağlı olduğunu görüb və “Tez qapını açın”,- deyərək içəridəkilərə səslənib.

Cavadzadə bunun ardınca media nümayəndələrinə “O şəkilləri siləcəksiz, istəmirəm”,- deyərək iradını bildirib.

Belə aydın olub ki, aktrisa üzərinə qəhvə dağıdıb və qapıda yeni libas gözləyirmiş.