Bir il necə də tez keçdi...” - Qəzada ölən oğlundan yazdı

Şou-biznes
13 Tem 2021
14:39
Müğənni İbrahim Borçalı qəzada həlak olan oğlu Rəhimlə bağlı sosial şəbəkədə paylaşım edib.

“zirvetv.az ” xəbər verir ki, instaqram hesabında vaxtsız vəfat edən 20 yaşlı oğlu ilə bağlı xatirələrini tez-tez bölüşən ifaçı bu dəfə övladının məzar daşının görüntüsünü yayıb. O, fotoya “ 20 iyul... Bir il necə də tez keçdi, elə bil, bir ay keçib...”- deyə şərh yazıb.

Xatırladaq ki, İ. Borçalının oğlu ötən il Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhim Həsənov Türkiyədə təhsil alırdı.