MakSimin son vəziyyəti açıqlandı

Şou-biznes
4 Tem 2021
08:43
İki həftədir ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu vəziyyətdə medikamentoz yuxuda olan rusiyalı müğənni MakSimin (Marina Maksimova) vəziyyətində dəyişiklik hələ yoxdur.

“zirvetv.az” xəbər verir ki, bu barədə TASS-a müğənninin piar-meneceri Yana Boquşevskaya bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, həkimlər yeni koronavirus testi etməyiblər.

“Bütün [əvvəlki] testlər mənfi idi, indi, əlbəttə, test etmirlər, müalicə ilə məşğul olurlar”, - o deyib.