Səni həmişə və həmişəlik sevirəm” - Suada

Şou-biznes
22 Haz 2021
08:12
Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.

“zirvetv.az ” xəbər verir ki, o, paylaşımında “Biz, nəhayət ki, bunu etdik” sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.

Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:

“Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!”.

Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.