"Uşaqlarımıza görə bizi sosial şəbəkədə tənqid edirdilər" - Fotolar

Şou-biznes
28 Ock 2021
12:45
"Uşaqlarımıza görə bizi sosial şəbəkədə tənqid edirdilər" - Fotolar

Əməkdar artist Dilarə Əliyeva "10 qat şou"ya qızı Banu ilə birlikdə qatılıb.
zirvetv.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa övladları ilə bağlı sosial şəbəkədə onlara yazılan tənqidlərdən bəhs edib:

"Bir dəfə demişdik ki, uşaqlarımız bizə adımızla müraciət edir. Sosial şəbəkədə tənqid edildik ki, ataya ata, anaya ana deyilməlidir. Bizim uşaqlar nənə-baba yanında böyüyüb. Ona görə də bizə adımızla müraciət ediblər. Biz də üstlərinə getmədik. Bizi narahat etmir.

Övladınızla rahat olun, onlara nəşə səhv edəndə acıqlanmayın. Onun məntiqli izahını verin. Onda gəlib hər şeyi sizinlə bölüşə biləcək".

Qeyd edək ki, D.Əliyeva "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə ailəlidir.


"Uşaqlarımıza görə bizi sosial şəbəkədə tənqid edirdilər" - Fotolar
"Uşaqlarımıza görə bizi sosial şəbəkədə tənqid edirdilər" - Fotolar