Azərbaycan 65 xalla 20-ci oldu

Şou-biznes
23 May 2021
08:05
Avroviziya” mahnı müsabiqəsinin böyük finalı başlayıb.

“zirvetv.az ” xəbər verir ki, final mərasimi Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilir.

Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparıb.




Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edib.



Yarışmanın finalında səsvermə başlayıb.

Ukrayna Azərbaycana 3, İsrail 2, Gürcüstan 5, Rusiya 8, İsveçrə 2, Niderland 2, İrlandiya 2, Moldova 6, Albaniya 2 xal verib.

Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal toplayıb. Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Azərbaycan müsabiqəni 20-ci yerdə tamamlayıb.