Yenicə anasını itirən aktrisadan XƏBƏR VAR

Şou-biznes
28 Ock 2021
11:22
Yenicə anasını itirən aktrisadan XƏBƏR VAR


Aktrisa Xəyalə Quliyeva 40 gün əvvəl itirdiyi anası ilə bağlı paylaşım edib.

zirvetv.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi anası ilə şəkillərini yayımlayaraq bunları yazıb:

"40 gün... Uşaqlıqda oxuduğum nağıllarda "40" həmişə xoşbəxt sonluqla bitərdi. 40 gün 40 gecə toy edərdilər, şahzadələr 40 kənizin əhatəsində gəzərdi, 40-cı qapı həmişə xilas qapısı olardı... Amma bu 40 o 40-lardan olmadı. 40 gündür yoxsan, ana".