Nigar Camal Samirəni tənqid etdi

Şou-biznes
16 May 2021
09:49
Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal bu il Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndini tənqid edib.

“zirvetv.az ” xəbər verir ki, sənətçi “10-da görüşək” proqramına qonaq olarkən həmkarının müzakirələrə səbəb olan geyimi və şousuna şərh bildirib. Pop ifaçısı modelyer Rüfət İsmayıl tərəfindən hazırlanmış geyimin ona yaraşmadığını vurğulayıb.

Nigar qeyd edib ki, Samirə top 5-likdə yer almayacaq: “Mən olsam, bu libası geyinməzdim. Bədənimə bu cür paltar yaraşmazdı. Samirə gözəl və incə qızdır. İstərdim yer tutsun, amma ilk sıralarda olacağını düşünmürəm”.