Günel Zeynalovadan Rza Zərraba ismarış: "İntiqamın ən gözəli..."

Şou-biznes
5 May 2021
07:56
Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Zirvetv.az xəbər verir ki, Günel Zeynalova İnstaqramda ad çəkmədən keçmiş sevgilisi Rza Zərraba ismarış göndərib: "Pisliyi Allaha həvalə etməlisən. Pisliyi Allaha həvalə etmək intiqamın ən gözəlidir".

Qeyd edək ki, illər öncə Günel Zeynalova ilə Rza Zərrab sevgili olublar. Cütlüyü müğənni Ebru Gündəşin ayırdığı deyilir.

Xatırladaq ki, Ebru Gündəş bu yaxınlarda xəyanət iddiası ilə 11 illik həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət edib. Cütlüyün bir qızı var.