Məşhur komik aktyor vəfat etdi

Şou-biznes
29 Nis 2021
08:51
İspaniyanın məşhur komik aktyoru Xuan Borxa 65 yaşında vəfat edib.

Bu barədə “zirvetv.az ” “El País” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, çərşənbə günü günorta saatlarında komik aktyor İspaniyanın Sevilya şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb, bir qədər sonra dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil.

Borxa 2000-ci illərdə “El vagamundo” tok-şousunda yumoristik hekayələri və qeyri-adi gülüşü ilə tanınıb. Buna görə aktyora “Qəhqəhə” ləqəbi verilib.