Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

Sosial
24 Ağu 2023
22:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində “Agile Spirit 2023” çoxmillətli hərbi təlimində iştirak edirlər.

“zirvetv.az ” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər.

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir