Şamaxıda əkin sahələrini yandıranlar cəzalandırıldı

Sosial
27 Tem 2023
13:00
Şamaxıda qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb
DİN-in Şəki regional qrupundan “zirvetv .az ”a verilən məlumata görə, rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər.
Ətraflı

Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub. Onunla profilaktiki söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılması) maddəsi ilə protokol tərtib edilib.
Bundan əlavə, Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.