Xocavend Rayonunda N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olundu

Sosial
28 Haz 2023
09:24



26 iyun 2023-cü il tarixində "ZirveTv"nin rəhbəri Əntiqə Quluyeva və Vətən Naminə inkişafa dəstək cəmiyyətinin sədri Sevda Əliyevanın birgə təşkilatçılığı ilə Xocavend rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olundu.

"ZirvəTv"nin bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

N saylı hərbi hissənin Mayoru Səmədov Ziya Hikmət oğlu qonaqları və şəxsi heyəti salamlayaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, əsgər və zabitlər üçün yaradılan şəraitdən söhbət açdı və bildirdi ki, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünü qorumaq işini öz üzərinə götürən və vəzifələrinin öhdəsindən olduqca yüksək səviyyədə, şərəflə gələn Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər zaman Vətənin keşiyində möhkəm dayanır.

Daha sonra tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri, qazilər çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək , yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu, bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdiyini vurğuladılar.

Daha sonra digər natiqlərdə çıxış edərək, bayram münasibətilə zabit və əsgər heyyətini təbrik edərək, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlardan söhbət açaraq bildirdilər ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir.

Həmçinin tədbirdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar təqdim olunub.

Tədbir incəsənət nümayəndələrinin ifasında səslənən vətənpərvərlik ruhunda musiqilərlə davam etdirilib.

Gül AsimanNur.