Qusarda qan vermə aksiyası keçirilib-FOTOLAR

Sosial
19 May 2023
12:29


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Qusar Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə qanvermə aksiyası təşkil olunub.

"ZirveTv"nin xəbərinə görə, aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbiçilərimizin sağlamlığının qorunması, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədi daşıyır.

"Qan ver, Həyat xilas et" devizi altında başlanan aksiya səhər saatlarından başlayaraq gün ərzində davam edib.

Qeyd edək ki, aksiyada Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının 100-ə yaxın tibb personalı könüllü surətdə qanvermə aksiyasında iştirak edib.

Beləliklə, aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.

Bu tip aksiyalar mütamadi olaraq bundan sonrada davam etdiriləcək.

Gül AsimanNur.