Qusarda “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.

Sosial / Cəmiyyət
2 Mrt 2023
15:38



Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları Qusar Rayon Mərkəzi Xəstəxanasında “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirib.

"ZirveTv" xəbər verir ki, tədbirdə Xəstəxana rahbərliyi tədbiri giriş nitqi ilə açaraq, Vətən yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilər.

Daha sonra Qusar RMX- nın Mülki Müdafiə üzrə mütəxəssisi Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verərək, Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olduğunu tədbir iştirakçıların diqqətinə çatdırdı.

Çıxış edən digər natiqlərdə ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu danılmaz olduğunu qeyd etdilər.

Şimal Regional Mərkəzinin əməkdaşları
Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Tədbir çərçivəsində fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş etdirildi.

Yekunda iştirakçıları maraqlandıran suallar Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən cavablandırıldı.