Xaçmazın Niyazoba İƏD-si ötən ilin hesabatını verdi

Sosial / Cəmiyyət / Bölgə
1 Mrt 2023
15:03


"ZirveTv” xəbər verir ki, hesabat yığıncağında İcra hakimiyyətinin, ərazidə fəaliyyət göstərən bələdiyyələrin, tam orta məktəblərin və digər iaşə müəsissələrinin əməkdaşları, yerli sakinlər iştirak edirdi.



Hesabat yığıncağını giriş sözüilə açan Niyazoba İƏD-nin nümayəndəsi Oktay Əhmədov ötən 2022-ci ildə nümayəndəliyin fəaliyyəti haqqında məlumat verdi. Natiq ərazidə aparılan abadlıq, təmir- tikinti işləri, aztəminatlı, şəhid və qazı ailələrinə edilən yardımlar haqqında məlumat verdi. Bildirdi ki, ərazidə 14 şəhid ailəsi var. Onların yaşayış şəraiti ilə mütəmadi olaraq nümayəndəlik və ərazidə yerləşən bələdiyyələr maraqlanır. Həmçinin ərazidə 3 şəhid lövhəsi qoyulmuş, Şəhidlər bulağının inşasına başlanmışdır.
İcra nümayəndəsi çıxışında fermerlərin supsidiyalarla təmin olunmasında yardımların edilməsi haqqında da məlumat verdi.

O, ərazidə yerləşən üç tam orta məktəbin qışa hazırlığı haqqında da danışdı.



Daha sonra Niyazoba kənd tam orta məktəbinin direktoru Gülbəniz Babayeva, Əbilyataq kənd tam orta məktəbinin direktoru Fəxrəddin Məmmədov, İlxıçı kənd tam orta məktəbinin direktoru Valeh Həsənli çıxış edərək ötən ildə məktəblilərin qazandığı uğurlardan, qayğılardan və problemlərdən danışdılar.



Niyazoba kənd bələdiyyəsin sədri Orxan Teymurlu sonda 2022-ci ildə bələdiyyənin gördüyü işlər haqqında ətraflı məlumat verdi.
Bələdiyyə sədri çıxışında bildirdi ki, əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə səylə çalışırlar. 2022-ci ildə bələdiyyə gəlirləri 14.022 AZN olmuşdur. Bu vəsait torpaq və əmlak vergisindən, torpaqların icarəyə verilməsindən əldə edilmişdir.



Bələdiyyə sədri gələn gəlirlərin xərclənməsi haqqında da məlumat verərək bildirdi ki, 2022-ci ilin sentyabrında erməni təxribatı nəticəsində şəhid olmuş Rustəmov Elnur Faid oğlunun dəfn mərasiminə 1800, Zəfər bayramı ilə əlaqədar olaraq şəhid və qazi ailələrinə 300 manat dəyərində ərzaq və 600 manat isə nağd pul vəsaiti, aztəminatlı ailələrin isə ərizələrinə baxılaraq 300 manat nağd formada yardım edilmişdir. Əmək haqqı fondu və digər xərclər də əldə edilən gəlirlər vasitəsi ilə ödənilir.
Bələdiyyə sədri problemlərin olduğunu da vurğuladı. Vergi ödəyicilərinin vergini vaxtında ödəməməsi belə problemlərdəndir.

Daha sonra yerli sakinlərin sualları cavablandırıldı.

Ümid edirik ki, ötən ildə olan problemləri Niyazoba İƏD və ərazidə olan qrumlar 2023-cü ildə aradan qaldıracaqlar.