Şəhid Xudiyev Samir Səməd  oğlu

Sosial
19 Ağu 2022
20:07
Xudiyev Samir Səməd  oğlu 2003 cü il 18 iyulda Füzuli rayonu Əhmədalılar  kəndində anadan olmuşdur məktəbə 2009 cu il də  Elşən Məhərrəmov adına 137 saylı orta məktəbin 1 ci sinifə daxil olmuşdur.
2020 ci ildə həmin məktəbi bitirmişdir qəbul imtahanında pandemiya problemləri üzləşdiyi görə istədiyi nəticəyi yığa bilmədiyi üçün  yenidən hazırlaşmaq istəməyə qərar vermişdir. Ancaq hərbi komissarlıq yaranan müəyyən səbəbə blok qoymuşdur 2021 ci il iyul ayın 28 i hərbi xidmətə getmişdir.Samirin hərbiyə həvəsi çox böyük idi.Hərbi xidmətdə olduğu müddətdə fərqlənən seçilən əsgər idi və  4 dəfə fəxri fərman qazanmışdır.  2021 ci il noyabr ayında döyüşdə iştirak etmiş və şücaət göstərmişdir sonra 2022 ci ilin Avqustun 5 i   səhər saatları radələrində
Döyüş tapşırığı yerində yetirərkən Laçında sarıbaba yüksəkliyində ermənilər  qaya parçaları ataraq  və həmin qaya parçası Samirin  üzərinə düşərək şəhid olmuşdur. Samirin ən böyük arzusu Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmaq idi.