Türkiyə MN: Ukrayna limanlarından İstanbula daha 4 gəmi yola düşüb

Sosial
7 Ağu 2022
16:07
Taxıl daşınması çərçivəsində Ukrayna limanlarından İstanbula daha 4 gəmi yola düşüb.

Zirvetv.az -ın məlumatına görə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

ABŞ müdafiə naziri: "Ukraynada döyüşlər kritik mərhələdədir"
Ukrayna ordusu 4 ədəd S-300 sistemini məhv edib
BMT: Ukraynalı qaçqınların əksəriyyəti getdikləri ölkələrdə qalmağı planlaşdırır
Qeyd olunub ki, 6 min ton günəbaxan yağı daşıyan “Mustafa Necati” İtaliyaya, 45 min ton günəbaxan məhsulu daşıyan “Star Helena” Çinə, 66 min ton qarğıdalı yüklü “Glory” İstanbula və 44 min ton qarğıdalı daşıyan "Riva Wind" gəmisi İsgəndəruna yola düşüb.

Gəmilər İstanbulun şimalında lövbər salacaq və Müştərək Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.