68 müharibə iştirakçısı polisdə işə qəbul edildi

Sosial
13 Tem 2022
14:47
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən "zirvetv.az"a bildirilib ki, sıra baxışında gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, vətəndaş məmnunluğunun təmininə layiqli töhfə vermələrini tövsiyə edib.