" İki sahil” 31 yaşında!

Sosial
10 Tem 2022
09:32
Bu gün “İki sahil” qəzetinin 31 yaşı tamam olur.

“zirvetv.az ” xəbər verir ki, müasir müstəqil çağdaş mətbuatımızın yaranması və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.

Hazırda qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. “İki sahil”in daim yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilindən və xaricindən ən doğru və düzgün xəbərlər operativ şəkildə oxuculara çatdırılır. Bununla yanaşı, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” İnternet Televiziyası da tamaşaçıların böyük rəğbətini qazanıb.

Qeyd edək ki, qəzetin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir