Füzuli rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Sosial
9 Tem 2022
10:29
Füzuli rayonunda Qurban Bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

“zirvetv.az.” xəbər verir ki, Füzuli rayonunun 78 Vətən müharibəsi şəhidi var. Müqəddəs Qurban Bayramı münasibətilə Rayon İcra Hakimiyyəti əməkdaşları Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onları bayram münasibətilə təbrik ediblər.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban Bayramı münasibətilə sovqatlar təqdim olunub. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.