Bakıdakı məşhur restoranla bağlı protokol tərtib edildi

Sosial
8 Tem 2022
11:46

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Eldarado Fish House” restoranının çirkab suları dənizə axıtması məlum olub.

“zirvetv.az”ın məlumatına görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları restorana baxış keçirərkən çirkab suların təmizlənmədən dənizə ötürüldüyü üzə çıxıb.

Bu səbəbdən restoranın inzibatçısı Ə.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) üzrə protokol tərtib edilib.