Valideyn diqqətsizliyindən intihar edən övladlar

Sosial
6 Tem 2022
22:48
Valideyin düşüncəsizliyindən, qayğısızlığından, sevgisizliyindən ayrı düşən neçə-neçə saf yeniyetmə həyatına son qoyur və getdikcə belə ölüm halları çoxalır. Övladlara qarşı bu qədər laqeyidlik, diqqətsizlik, acımasızlık nəyə lazımdı axı?! Övladınızla bu qədər məsafəli olmaq, elədiyi səhvə görə az qala gözün tökmək, hər mövzuda sən hələ uşaqsan qanmarsan deyib şəxsiyyətini əzmək nəyə lazımdı axı?! Niyə o zəhrimara qalmış sevginizi, diqqətinizi əsirgəyirsiz axı?! Zəhrimara qalımış deyirəm çünki, övlad özünü öldürəndən sonra o sevgi elə sözün həqiqi mənasında zəhrimara qalır. Nə vaxt övladınızla ən yaxın dost,sırdaş,yoldaş olmağı bacaracaqsız?! Hə nə vaxt? öləndən sonra?! Onda da çoooox gec olacaq. Sonrakı peşmançılıq fayda vermir. Hər bir uşağın, yeniyetmənin, gəncin ən BÖÖÖYÜÜÜKKK dəsdəkçisi valideyin olmalıdı. Düşməni və qatili yox!!! Bəsdi övladınızı el-aləm nə deyərək sıxdığınız, əzdiniz, alçatdız. Əmin olun sizin heç bir dərdiniz-səriniz həmin o el-aləmin q.....da deyil, onlar sadəcə sizin və ya övladınız haqqında danışaraq öz sosial və psixoloji vəziyyətlərini yaxşı edirlər. Sizdə həmin boş-boğazlara görə övladınza qarşı çöx böyük səhvlər edirsiz. Çox böyük deyirəm ona görəki, həmin səhvlər hətda bəzən ölümlə nəticələnir. Bu günkü, ölüm hadisəsi kimi. Bildiyim qədər ilə bu günkü, intihar halının əsas səbəbi univeristetə qəbul olmaq üçün yetərli bal toplamaması olub. Univeristet həyatda vacib məqsəd olmalıdı əsas yox!!! Bunu əsas məqsəd kimi övladlarınızın həsas beyinlərinə soxmuyun. Üniversitetə girməsen bu evə bir de gəlmə, gözümə görsənmə və yaxud sən hələ bir qəbul olma gör sənin başına nə oyun açıram və s. Hətda ölümlə təhdid edənlərdə olur. Bu nə gic düşüncədi, bu nə anormallıqdı, bu nə zorakılıqdı axı?! Oxumuyub həyatda özünü təsdiq edən və çox yaxşı yerlərdə olan oooooo qədər insan var ki. Şəxsi bizneslərini quranlardan tutmuş, milyonçu olanlara qədər. Bu günkü, intaharın ən başlıca səbəbi bir mənalı olaraq valideyindi. Həmin valideyinlər hətda cəzalanmalıdı deyə düşünürəm. Qəsdən olmasa da bir həyatın sönməsinə səbəb olurlar və cəzasız qalmamalıdı. Həmin yeniyetmə ilə bir balaca xoş ünsiyyət, diqqət, qayğı və ən əsası sevgi göstərilsəydi əminəm ki, hal-hazırda həyatda olacaqdı. Heyif!!! Övladlarınızın qatili yox ümidi olun!

Vüqar Cəfərov