Vətən müharibəsi qazisi düşdüyü qəzadan üç gün sonra vəfat etdi

Sosial
5 Tem 2022
04:07
Vətən müharibəsi qazisi Zeynalov İsgəndər Xalid oğlu avtomobil qəzası nəticəsində həlak olub.

“zirvetv.az”ın əldə etdiyi məlumata görə, hadisə 3 gün öncə Keşlə qəsəbəsi ərazisində baş verib.

Yaralı xəstəxanaya çatdırılsa da, o, ötən gün müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, İ.Zeynalov Vətən müharibəsində könüllü iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.