Gəncədə yaşlı kişi evini yandırdı

Sosial
2 Tem 2022
05:59
Gəncə sakini evini yandırıb.

“zirvetv.az” xəbər verir ki, şəhərin Həmid Sultanov küçəsində yaşayan 73 yaşlı Ə.F evinə benzin tökərək yandırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

Yaşlı kişinin hansı səbəbdən evini yandırdığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.