Uçqunda ölən azərbaycanlının kimliyi müəyyənləşdi

Sosial
2 Tem 2022
05:58
Türkiyənin Artvin vilayətində baş verən torpaq uçqunu nəticəsində ölən azərbaycanlı sürücünün kimliyi müəyyənləşib.

“zirvetv.az”ın məlumatına görə, bu, 38 yaşlı Şahmar Kərimovdur.

Bundan başqa, hadisə nəticəsində Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı da yaralanıb. Digər yaralının isə özbəkistanlı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən hadisə Kemalpaşa rayonu ərazisində baş verib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə də ziyan dəyib.