Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı
Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.
“zirvetv.az” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.
“1918-ci il iyunun 11-də Gəncədə həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin təşəbbüsü ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb. Gəncədəki Baş konsulumuzla birlikdə açılışdan əvvəl abidəyə baş çəkdik”, - paylaşımda deyilir.